Azərbaycan ötən il fındıq ixracını azaldıb

24.01.2025

Icma.az, Anews portalına istinadən məlumat verir.

2024-cü ildə Azərbaycan 128,9 milyon dollar dəyərində 20 169 ton fındıq ixrac edib ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 14% azdır. Bu barədə Dövlət Gömrük Komitəsindən bildirilib. 

2023-cü ildə Azərbaycan 123,14 milyon dollar dəyərində 23 397 ton qoz-fındıq ixrac edib.

2023-cü illə müqayisədə 2024-cü ildə ixrac edilən bir ton fındığın dəyəri 5263 dollardan 6390 dollara (1127 dollar) artıb.

Gülnar 
www.anews.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью