Azərbaycan ötən il xaricdən ət alışını azaldıb

05.02.2026

Icma.az, Banco.az saytına istinadən bildirir.

Müəllif: Gülnar Əhmədli, Banco.az

2025-ci ildə Azərbaycana 117 milyon 965 min ABŞ dolları dəyərində 47 min 641 ton ət idxal olunub.

Banco.az Dövlət Gömrük Komitəsinin məlumatına istinadən xəbər verir ki, 2024-cü illə müqayisədə idxal edilən ətin miqdarı 18,8%, dəyəri isə 8,9% azalıb.

Belə ki, 2024-cü ildə Azərbaycana 129 milyon 556 min dollar dəyərində 58 min 669 ton ət idxal edilib.

Qeyd edək ki, hesabat dövründə ət idxalı Azərbaycanın ümumi idxalının 0,48%-ni təşkil edib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью