Azərbaycan Ottavada keçirilən multikulturalizm festivalında təmsil olunub

22.11.2024

Icma.az bildirir, Xalq qazeti portalına istinadən.

Kanadanın paytaxtı Ottavada fəaliyyət göstərən Azərbaycanlı Tələbələr Assosiasiyası “Parliament Hill”də təşkil olunan Ümumdünya Multikulturalizm Festivalında (World Multicultural Festival) iştirak edib. 

Məlumatı Diasporla İş üzrə Dövlət Komitəsi verib. 

Festivala 70-dən çox ölkənin təmsilçisi qatılıb.

Azərbaycanlı Tələbələr Assosiasiyası qurduğu guşədə milli mədəniyyət nümunələrimizi, musiqimizi, tariximizi və mətbəximizin təamlarını təqdim edib, ziyarətçilərə ölkəmiz haqqında ətraflı məlumat verib.

P.ƏMİRCANOV
XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью