Apasport portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Azərbaycanın kamandan oxatma üzrə milli komandası Belarusda keçirilən ölkə çempionatında uğurlu çıxış edib.
Apasport.az xəbər verir ki, Mogilyov şəhərində təşkil olunan yarış sentyabrın 8-də start götürüb.
120 idmançının qatıldığı turnirdə Azərbaycan millisi baş məşqçi Natiq Fazilov və texniki direktor Vladimer Lekveişvilinin rəhbərliyi altında mübarizə aparıb.
70 metr məsafədən qadınların fərdi yarışında Fatimə Hüseynli 632 təsnifat xalı toplayaraq bütün rəqiblərini qabaqlayıb və qızıl medal qazanıb. Yaylagül Ramazanova isə eyni növdə gümüş medala sahib çıxıb.
Fatimə Hüseynli qarışıq komanda yarışında belaruslu Kiril Firsovla birlikdə bürünc medal da əldə edib.
Qeyd edək ki, Azərbaycan yığması yarışdan əvvəl, avqustun 29-dan sentyabrın 7-dək Mogilyovda təlim-məşq toplanışında iştirak edib.
Dünya çempionu daha 4 il “McLaren”də Millimizin üzvləri Avropa çempionatında çıxış edəcəklər Bocciaçımız dünya çempionatının 1/8 finalında Sona Ağayeva Boccia üzrə Dünya çempionatında Azərbaycan oxatanları Batumidə beynəlxalq turnirdə iştirak edir