“Azərbaycan Özbəkistan biznes barometri” təşəbbüsünün təqdimatı

16.09.2026

Xalq qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bakıda CASPIA Analitik Mərkəzinin Özbəkistanın Mütərəqqi İslahatlar Mərkəzi (CPR) ilə birgə həyata keçirdiyi “Azərbaycan-Özbəkistan biznes barometri” təşəbbüsünün təqdimatı keçirilib.

Təqdimatda iki ölkə arasında ekspert və tətbiqi əməkdaşlığın inkişafı çərçivəsində Azərbaycanda səfərdə olan CPR rəhbəri Mirşohid Aslanov iştirak edib.

CPR-in rəhbəri Mirşohid Aslanov bildirib ki, iki ölkə arasında ticarət potensialı artıq 1 milyard dollar həddini aşır. Bununla belə, qarşılıqlı ticarətin potensialı mövcud göstəricilərdən xeyli yüksəkdir. Təqdim olunan təhlilə əsasən, Özbəkistan Azərbaycana ixracını təxminən 500 milyon dollar, Azərbaycan isə Özbəkistana ixracını əlavə olaraq 650 milyon dollardan çox artıra bilər.

XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью