Report.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Azərbaycan Avropaya hər il 5 giqavat təmiz elektrik enerjisi ixrac etmək niyyətindədir.
“Report” xəbər verir ki, bunu Energetika Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Əşrəf Şıxəliyev COP29 çərçivəsində keçirilən “2030-cu ilə qədər bərpa olunan enerji mənbələrinin üç dəfə artırılması: Mərkəzi Asiyada sürətli bərpa olunan enerji üçün zəmin” mövzusunda təşkil olunmuş tədbirdə çıxış edib.
Onun sözlərinə görə, Özbəkistan öz elektrik enerjisinin 5 giqavatını, Qazaxıstan isə 5-7 giqavat enerji ixrac etməyi planlaşdırır: "Bu strateji yanaşma Mərkəzi Asiyanın və Azərbaycanın qlobal enerji keçidində əsas oyunçuya çevrilməsi istiqamətində mühüm addım hesab olunur".
Ə. Şıxəliyev hesab edib ki, bərpa olunan enerji sahəsində ambisiyalı hədəflərə nail olmaq üçün investorların diqqətini cəlb edən meqa layihə
Azərbaycan hökuməti bu istiqamətdə Xəzər dənizində külək elektrik stansiyalarının quraşdırılması və həmin stansiyalarda istehsal olunan ener
Beləliklə, təmiz enerji Xəzər dənizindəki külək stansiyalarından birbaşa Avropa ölkələrinə çatdırılacaq”. Ə.
Şıxəliyev vurğulayıb ki, bu layihələr Avropanı Mərkəzi Asiya ilə enerji baxımından birləşdirmək məqsədini daşıyır: “Bu il Qazaxıstan, Özbəkistan və Azərbaycanın elektrik sistemlərinin birləşdirilməsinə dair layihənin texniki-iqtisadi əsaslandırılmasının hazırlanmasına başlanacaq.