Xalqcebhesi portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif fevralın 23-də Azərbaycana rəsmi səfər etdi.
Səfər ölkələrimiz arasında qardaşlıq əlaqələrini daha da güclənməsinə xidmət etdi, bu onu göstərdi ki, hər iki ölkə beynəlxalq təsisatlarda bir-birini dəstəkləməkdə davam edəcək, ikitərəfli əlaqələri çox böyük dərəcədə gücləndirdi, Pakistanla Azərbaycan xalqı arasında dostluq və qardaşlıq tellərinin möhkəmliyi və sarsılmazlığını bir daha sübut etdi.
Pakistanın siyasi ekspertləri məlum səfərlə bağlı fikirlərini “Xalq Cəbhəsi”nə bölüşüblər.
"Pakistan və Azərbaycan arasında çoxdankı qardaşlıq bağı var" Pakistanın tanınmış ictimai-siyasi xadimi Tazeen Akhtar deyib ki, Prezident İlham Əliyevin dəvəti ilə Pakistanın baş nazir Şahbaz Şərifin Bakıya səfəri Pakistan və Azərbaycan strateji tərəfdaşlığın yeni səhifəsini yazır.
Yüksək səviyyəli səfərlər iki dost ölkə arasında gündəlik əməkdaşlıqdan daha çox mənalı əməkdaşlıq yaratmaq üçün qarşılıqlı xarakter daşıyır.
Onun sözlərinə görə, Baş nazir Şahbaz bütün dünyada yalnız bir neçə ölkəyə işarə etdi ki, Pakistan onlarla bütün sektorlarda birgə müəssisələr üçün möhkəm baza inkişaf etdirməlidir.
Bu, Pakistanda dövlət siyasəti kimi həyata keçirilir. Siyahıda Azərbaycan birinci yerdədir: "Baş nazir Şahbaz Şərif Azərbaycanla bütün səviy