Azərbaycan pambıq mahlıcı istehsalını 20 faizə yaxın artırıb

28.11.2026

Icma.az, 525.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda 66 min 933,7 ton pambıq mahlıcı istehsal edilib.

525.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 19,6 % çoxdur.

Bu il noyabrın 1-nə, sənaye müəssisələrinin anbarlarında 15 min 220,3 ton hazır məhsul ehtiyatı olub.

2025-ci ildə Azərbaycanda 97 min ton pambıq mahlıcı istehsal edilib ki, bu da 2024-cü illə müqayisədə 33 % çoxdur.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью