Azərbaycan pambıq parça istehsalını 5 % dən çox artırıb

27.08.2026

Baku.ws portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bu ilin yanvar-iyul aylarında Azərbaycanda 18 milyon 264 min kvadratmetr pambıq parça istehsal edilib.

BAKU.WS Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 5,3 % çoxdur.

Bu il avqustun 1-nə ölkədə 145,7 min kvadratmetr hazır məhsul ehtiyatı olub.

2025-ci ildə Azərbaycanda 30 milyon 706 min kvadratmetr pambıq parça istehsal edilib ki, bu da 2024-cü illə müqayisədə 7,2 % çoxdur.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью