Azərbaycan parabadmintonçusu Fair Play mükafatına layiq görülüb

17.04.2025

525.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Azərbaycan parabadmintonçusu Ayan Əliyeva "Fair Play" mükafatına layiq görülüb.

525.az-a bu barədə Azərbaycan Batminton Federasiyasının mətbuat xidmətindən məlumat verilib.

Mükafat ona Serbiyada keçirilmiş ISF U-15 Gimnaziada İdman Oyunlarında təqdim edilib.

A.Əliyeva turnirdə nümayiş etdirdiyi yüksək idman mədəniyyəti və ədalətli oyun prinsiplərinə sadiqliyinə görə təşkilatçılar tərəfindən "Ədalətli Oyun" nominasiyasında fərqləndirilib.

Qeyd edək ki, Azərbaycan Badminton Federasiyası artıq üçüncü dəfədir ki, bu mükafata layiq görülür.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью