Azərbaycan paradda nümayiş olunan yeni silahları haradan alıb? VİDEO

09.11.2025

Demokrat.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan silah arsealına qatdığı bəzi yeni silahları paradda göstərib.
Demokrat.az BBC Azərbaycan-a istinadla xəbər verir ki, ilk silah Çin istehsalı olan və uzaqmənzilli "HQ-9 BE" raket kompleksidir.
Bu silahın ixrac olunan varinatı təyyarələri, kruiz raketləri və qısa mənzilli ballistik raketləri təxminən 200 km məsafədən vurmaq üçün nəzərdə tutulub.
Onun vurduğu maksimum hündürlük isə 27 kilometrə yaxın olduğu bildirilir.
Bu silah ilk dəfədir bir keçmiş sovet respublikasına satılır və Azərbaycan dünyada onu silahlanmasına qatan 4-cü ölkə olub.
Beynəlxalq hərbi nəşlər bu silahın may ayında Hindistan-Pakistan münaqişəsi zamanı istifadə olunduğunu yazır.
Bundan əvvəl də, 2024-cü ildə Azərbaycan Çin-Pakistan birgə istehsalı olan "JF-17 Blok 3" qırıcılarını alıb.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью