Idman.biz portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Azərbaycan Milli Paralimpiya Komitəsinin (MPK) rəsmiləri Almaniyanın paytaxtı Berlində bir sıra beynəlxalq görüşlər keçiriblər.
İdman.Biz xəbər verir ki, görüşlər noyabrın 7-dən 9-dək Beynəlxalq Paralimpiya Komitəsinin (IPC) “Birlikdə: Fəaliyyətə çağırış” devizi altında təşkil olunan Üzvlük İclası çərçivəsində baş tutub.
Üçgünlük tədbirdə MPK-nın baş katibi Toğrul Rəhimov və Beynəlxalq əməkdaşlıq və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Əşrəf Qasım iştirak ediblər.
Azərbaycan nümayəndələri IPC prezidenti Endrü Parsons və Avropa Paralimpiya Komitəsinin prezidenti Raymon Blondel ilə görüşərək mövcud əməkdaşlığın inkişafı və beynəlxalq əlaqələrin genişləndirilməsi məsələlərini müzakirə ediblər.
Bundan əlavə, Türkiyə, Rumıniya, Cənubi Koreya, Tacikistan və Oman milli paralimpiya komitələrinin, həmçinin Dünya Taekvondo və Dünya Boccia federasiyalarının nümayəndələri ilə fikir mübadiləsi aparılıb.