Icma.az xəbər verir, Xalq qazeti saytına əsaslanaraq.
Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Azərbaycanın paraüzgüçülük üzrə milli komandası sentyabr ayında Türkiyənin Kocaeli şəhərində baş tutacaq Avropa çempionatına hazırlaşmaq üçün Gəncə İdman Sarayında təlim-məşq toplanışına start verib.
XQ xəbər verir ki, avqustun 19-dan başlayan hazırlıq prosesi ayın 4-dək davam edəcək.
Məşqçilər Faiq Əsgərov və Fyodor Kirillovun rəhbərliyi altında təşkil olunan düşərgədə ölkəmizi idmançılarımızdan Raman Salei, Əli Vəliyev və Murad Məmmədov təmsil edirlər.