Azərbaycan paraüzgüçüsü Dünya seriyasının FİNALINDA

02.05.2025

Icma.az, Idman.biz portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bu gün Fransanın paytaxtı Parisdə Dünya Paraüzgüçülük Seriyasına start verilib.

İdman.biz xəbər verir ki, Azərbaycan təmsilçisi Əli Vəliyev də mübarizəyə başlayıb.

O, gənclərin S10 kateqoriyası üzrə 100 metr məsafəyə sərbəst üsulda üzmə yarışında çıxış edib. Vəliyev təsnifat mərhələsində finişə 1 dəqiqə 1,58 saniyəyə çatıb. O, bu nəticə ilə finala yüksəlib.

İdman.biz

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью