Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.
Bakı, 16 noyabr, AZƏRTAC
Azərbaycan Peşəkar Boks Federasiyasının (APBF) yeni baş katibi müəyyənləşib.
Qurumdan AZƏRTAC-a verilən məlumata görə, bu vəzifəyə Vidadi Quliyev təyin olunub.
O, bu təyinatadək Azərbaycan Milli Paralimpiya Komitəsində idman üzrə məsləhətçi vəzifəsində çalışıb. Həmçinin “Təhsil” Respublika İdman Mərkəzində şöbə müdiri vəzifəsində fəaliyyət göstərib.