Azərbaycan Polisinin çox minli şəxsi heyətinə.

08.11.2025

Icma.az, Moderator.az portalına istinadən məlumat yayır.

Azərbaycan Xalqına, Dövlətə və dövlətçiliyə sədaqətlə xidmət edən, Ali, orta, kiçik və siravi heyət vəzifələrində çalışan əziz həmvətənlər!

Azərbaycan xalqının şanlı Zəfərinin – 8 Noyabr Zəfər Gününün 5 illiyi münasibətilə Sizi – Daxili İşlər Orqanları əməkdaşlarını səmimi qəlbdən təbrik edirəm. 

Müzəffər Ali Baş Komandan, möhtərəm Prezident İlham Əliyevin rəhbərliyi altında (9-10 noyabr 2020-ci ildə imzalanan atəşkəs müqaviləsi) qazanılan bu böyük qələbə qəhrəman soydaşlarımızın mərdliyinin və ölkəmizin təhlükəsizliyinin təminində danılmaz xidmətləri olan Daxili İşlər Orqanları əməkdaşlarının da, əzmkarlığının təcəllasıdır.

Müstəqil Azərbaycan Polisinin əməkdaşları sırasında 67 nəfər Milli ,4 nəfər Vətən müharibəsi qəhrəmanlarının və 86 nəfərin Azərbaycan Bayrağı ordeni ilə təltif olunması qürurvericidir. 

Bu əlamətdar gün münasibətilə Allahdan hər birinizə cansağlığı, cinayətkarlıqla mübarizə yolunda yeni uğurlar, Azərbaycan xalqına sülh ,firavanlıq və rifah, məsuliyyətli və şərəfli fəaliyyətinizdə isə müvəffəqiyyətlər arzulayıram.

Zəfər Gününüz mübarək!

Hər birinizə                                           

hörmət və ehtiramla,   

“Polisə Dəstək” İctimai Birliyinin sədri,

Polise.az media və xəbər saytının baş redaktoru

Şəmsəddin Əliyev

8 noyabr 2025-ci il

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью