Azərbaycan pomidor ixracından nə qədər QAZANIB?

23.12.2024

Icma.az, Bizim media portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

2024-cü ilin 11 ayı ərzində (yanvar-noyabr) Azərbaycandan 155 milyon 362 min dollar dəyərində 129 min 790 ton pomidor ixrac olunub. 
Bu barədə Bizim.Media Dövlət Gömrük Komitəsinin aylıq hesabatına istinadən xəbər verir.
2023-cü ilin 11 ayı ərzində Azərbaycandan 140 milyon 469 min dollar dəyərində 124 min 302 ton pomidor ixrac olunub. 
Beləliklə, pomidor ixracı 2024-cü ilin 11 ayında ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsilə 14 milyon 893 min dollar və ya 10,6%, miqdar ifadəsilə 5 min 488 ton və ya 4,4% artıb. 
Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью