Azərbaycan Premyer Liqası 4 pillə irəlilədi

19.01.2025

Icma.az, Fanat portalına istinadən məlumat yayır.

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) 2024-cü ilin yekununa əsasən, dünyanın ən güclü 100 futbol liqasının siyahısını dərc edib.

Fanat.Az xəbər verir ki, Azərbaycan Premyer Liqası 2023-cü illə müqayisədə cədvəldə 4 pillə irəliləyib. 

Çempionatımız 434,25 əmsalla planetin 36-cı yerinə yüksəlib. Azərbaycan Premyer Liqası bu göstərici ilə Avropada 22-ci, keçmiş SSRİ ölkələri arasında isə 1-ci sıradadır.

Siyahıya hesabında 1992 əmsal olan İtaliya A Seriyası başçılıq edir. İspaniya La Liqası 2-ci (1885 əmsal), İngiltərə Premyer Liqası isə 3-cü sırada (1871) qərarlaşır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью