Icma.az, Idman.biz portalına istinadən məlumatı açıqlayır.
Bu gün Misli Premyer Liqasında 17-ci turun oyunları keçiriləcək.
İdman.Biz xəbər verir ki, tura Quba Olimpiya İdman Kompleksinin stadionunda start veriləcək.
İlk oyunda “İmişli” “Araz-Naxçıvan”ı qəbul edəcək. Naxçıvan təmsilçisi 26 xalla altıncı pillədə qərarlaşıb. “İmişli” 17 xalla doqquzuncu sıradadır.
Misli Premyer Liqası
İkinci dövrə, 17-ci tur
23 yanvar (cümə)
14:30. “İmişli” - “Araz-Naxçıvan”
Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Tərlan Talıbzadə, Əli Əliyev
VAR: Elçin Məsiyev
AVAR: Namiq Hüseynov
Hakim-inspektor: Asim Xudiyev
AFFA nümayəndəsi: Asif Əliyev
Quba Olimpiya İdman Kompleksinin stadionu
Qeyd edək ki, tura yanvarın 25-də yekun vurulacaq.