Azərbaycan Premyer Liqası: “Kəpəz” “Qəbələ”ni qəbul edəcək

05.04.2026

Idman.biz portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bu gün futbol üzrə Misli Premyer Liqasının 26-cu turunun oyunlarına start verilir. İlk oyun “Kəpəz” və “Qəbələ” arasında baş tutacaq.

İdman.Biz xəbər verir ki, saat 15:30-da start götürəcək qarşılaşmanı Vüqar Həsənli idarə edəcək.

“Kəpəz” 21 xalla turnir cədvəlində onuncudur. 16 xala malik “Qəbələ” isə on birincidir.

Misli Premyer Liqası
Üçüncü Dövrə, 26-ci tur

5 aprel
15:30. “Kəpəz” - “Qəbələ”
Hakimlər: Vüqar Həsənli, Elşad Abdullayev, Zöhrab Abbasov, Kamran Əliyev.
VAR: Elvin Bayramov.
AVAR: İnqilab Məmmədov.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.
Yevlax şəhər stadionu

İdman.Biz
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью