Idman.biz portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Bu gün Misli Premyer Liqasının 18-ci turunun oyunu “Kəpəz” “Şamaxı” arasında baş tutacaq.
İdman.Biz xəbər verir ki, saat 14:30-da start götürəcək turun mərkəzi qarşılaşmasını Cavid Cəlilov idarə edəcək.
“Şamaxı” 20 xalla turnir cədvəlinin səkkizinci pilləsində yer alıb. 12 xala malik “Kəpəz” isə onuncudur.
Misli Premyer Liqası
İkinci dövrə, 18-ci tur
31 yanvar
14:30. “Kəpəz” - “Şamaxı”
Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Müslüm Əliyev, Kamran Əliyev.
VAR: Fərid Hacıyev.
AVAR: Asiman Əzizli.
Hakim-inspektor: Munis Abdullayev.
AFFA nümayəndəsi: İlham Əliyev.
Yevlax şəhər stadionu
Qeyd edək ki, turun açılış matçında “Sumqayıt” “Karvan-Yevlax”a 2:0 hesabı ilə qalib gəlib. “Qəbələ” isə “İmişli”ni 3:2 hesabı ilə məğlub edib. 18-ci tura fevralın 1-də yekun vurulacaq.