Azərbaycan Premyer Liqası: Qarabağ fasiləyə darmadağınla yollandı VİDEO

19.04.2025

Gununsesi saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

41-ci dəqiqədə Nəriman Axundzadə “Qarabağ”ın üçüncü qolunu vurur.

40-cı dəqiqədə Yassin Benzia penaltidən fərqlənərək hesabı 2:0 edir. 38-ci dəqiqədə Höccət Haqverdi Kadi Borgesin reydi zamanı qaydanı pozmuşdu.

22-ci dəqiqədə “Qarabağ” hesabı açır. Kadi Borgesin vurduğu cərimə zəribəsini Rza Cəfərov dəf etsə də, Abdullah Zubir qayıdan topu qapıdan keçirir.

***

20:00

“Qarabağ” və “Neftçi” komandaları arasında Azərbaycan Premyer Liqasının XXXI tur matçı start götürüb.

Teleqraf xəbər verir ki, oyun Tofiq Bəhramov adına Respublika stadionunda keçirilir.

Azərbaycan Premyer Liqası

XXXI tur

19 aprel

20:00. “Qarabağ” – “Neftçi” – 3:0 (FASİLƏ)

Qol: Abdullah Zubir, 22, Yassin Benzia, 40 (penalti), Nəriman Axundzadə, 41

Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Kamranbəy Rəhimov

VAR: Kamal Umudlu

AVAR: Namik Hüseynov

Hakim-inspektor: Ömər Paşayev

Tofiq Bəhramov adına Respublika stadionu

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью