Icma.az, Qaynarinfo saytına istinadən bildirir.
Misli Premyer Liqasında bu gün XIV tura start veriləcək.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik. Qaynarinfo-nun məlumatına görə ilk oyun günündə bir qarşılaşma baş tutacaq.
"Qarabağ" səfərdə "Zirə" ilə üz-üzə gələcək. Görüş Zirə İdman Kompleksinin stadionunda, saat 17:00-da start götürəcək.
"Qarabağ" hazırda turnir cədvəlində 29 xalla lider mövqeyindədir. 26 xala malik "Zirə" isə ikincidir.
Misli Premyer Liqası
II dövrə, XIV tur
6 dekabr (şənbə)
17:00. "Zirə" – "Qarabağ"
Hakimlər: Rauf Cabarov, Elşad Abdullayev, Pərvin Talıbov, Vüqar Həsənli.
VAR: Əliyar Ağayev.
AVAR: Vüsal Məmmədov.
Hakim-inspektor: Orxan Məmmədov.
AFFA nümayəndəsi: Elçin Məmmədov.
Zirə İdman Kompleksinin stadionu
Qeyd edək ki, XIV tura dekabrın 9-da yekun vurulacaq.