Azərbaycan Premyer Liqası: Qarabağ Sumqayıtı qəbul edəcək

16.12.2024

Oxu.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Bu gün Azərbaycan Premyer Liqasında XVII tura bir görüşlə yekun vurulacaq.

Oxu.Az xəbər verir ki, son oyun günündə "Qarabağ" - "Sumqayıt"ı qəbul edəcək.

Görüş saat 19:00-da, "Azərsun Arena"da keçiriləcək.

Xatırladaq ki, turun digər oyunlarında "Neftçi" "Kəpəz"i 2:1, "Sabah" isə "Araz-Naxçıvan"ı 1:0 hesabı ilə məğlub edib. "Zirə" - "Turan Tovuz", "Şamaxı" - "Səbail" matçlarında isə hesab açılmayıb.

Qeyd edək ki, aktivində 39 xalı olan "Araz-Naxçıvan" turnir cədvəlinin vahid lideridir. "Qarabağ" 38 xalla ikinci pillədə qərarlaşıb. İlk üçlüyü 31 xalla "Turan Tovuz" qapayır. "Zirə" 27 xalla 4-cü, "Sabah" isə 26 xalla 5-cidir. 6-cı pillədəki "Sumqayıt"ın 19 xalı var. "Neftçi" 16 xalla 7-ci sırada qərarlaşıb. "Şamaxı" 14 xalla 8-ci, "Kəpəz" isə 10 xalla 9-cudur. Sonuncu pillədəki "Səbail"in isə cəmi 9 xalı var.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью