Icma.az, Idman.biz saytına istinadən bildirir.
Futbol üzrə Misli Premyer Liqasının 10-cu turunda bu gün keçiriləcək ikinci qarşılaşmada “Qəbələ” “Qarabağ”ı qəbul edəcək.
İdman.Biz xəbər verir ki, Qəbələ şəhər stadionunda baş tutacaq görüş saat 17:30-da başlayacaq.
Yeddi xala malik “Qəbələ” turnir cədvəlinin 10-cu pilləsində qərarlaşıb. 18 xalı olan “Qarabağ” isə üçüncü sıradadır.
Misli Premyer Liqası
Birinci dövrə, 10-cu tur
17:30. “Qəbələ” - “Qarabağ”
Hakimlər: Rəvan Həmzəzadə, Şirmamed Mamedov, Teymur Teymurov, Nazim Abdullayev
VAR: Cavid Cəlilov
AVAR: Kamran Bayramov
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Elçin Mehtiyev
Qəbələ şəhər stadionu
Qeyd edək ki, turun ötən gün baş tutan görüşündə “Turan Tovuz” evdə “Sabah”ı 3:2 hesabı ilə üstələyib.
Xatırladaq ki, tura noyabrın 2-də yekun vurulacaq.