Azərbaycan Premyer Liqası: “Qəbələ” “Şəfa”nı qəbul edəcək

22.08.2026

Icma.az, Idman.biz portalına istinadən məlumat yayır.

Azərbaycan Premyer Liqasının ikinci turunda bu gün “Qəbələ” “Şəfa”nı qəbul edəcək.
İdman.Biz xəbər verir ki, qarşılaşma Qəbələ şəhər stadionunda keçiriləcək və saat 18:30-da başlayacaq.

Görüşün baş hakimi İnqilab Məmmədov olacaq. Ona yan xətt hakimləri Rahil Ramazanov və Gülnurə Əkbərzadə kömək edəcəklər. Dördüncü hakim funksiyasını Rəvan Həmzəzadə yerinə yetirəcək.

Matçda VAR hakimi Cavid Cəlilov, AVAR hakimi isə Kamran Bayramov olacaq. Hakim-inspektor vəzifəsi Əmrah İbrahimova həvalə edilib. AFFA nümayəndəsi Elçin Məmmədov olacaq.

İdman.Biz
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью