Azərbaycan Premyer Liqası: Səbail Qarabağla, Neftçi isə Zirə ilə üzüzə

23.11.2024

Icma.az, Oxu.az portalına istinadən məlumat verir.

Bu gün Azərbaycan Premyer Liqasında XIV turunda daha iki görüş keçiriləcək.

Oxu.Az xəbər verir ki, turun mərkəzi görüşlərində "Səbail" "Qarabağ"ı saat 17:00-da, "Neftçi" isə "Zirə"ni saat 19:00-da qəbul edəcək.

Xatırladaq ki, ilk oyun günündə "Araz-Naxçıvan" səfərdə "Kəpəz"i 2:0 hesabı ilə məğlub edib.

Qeyd edək ki, tura noyabrın 24-də keçiriləcək "Turan Tovuz" - "Sabah", "Sumqayıt" - "Şamaxı" görüşü ilə yekun vurulacaq.

23 noyabr

Azərbaycan Premyer Liqası

XIV tur

Saat 17:00, "Səbail" - "Qarabağ"

Saat 19:00, "Neftçi" - "Zirə"

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью