Azərbaycan Premyer Liqası: “Şəfa” “İmişli” ilə üz üzə

29.08.2026

Icma.az, Idman.biz saytına istinadən bildirir.

“Şəfa” bu gün Misli Premyer Liqasının üçüncü turunda “İmişli”ni qəbul edəcək.

İdman.Biz xəbər verir ki, qarşılaşma “SOCAR Polymer Arena”da keçiriləcək və saat 20:15-də başlayacaq.

Görüşün baş hakimi Tural Qurbanov olacaq. Ona yan xətt hakimləri Asiman Əzizli və Cəmil Quliyev kömək edəcəklər. Dördüncü hakim funksiyasını İslam Məmmədov yerinə yetirəcək.

Matçın VAR hakimi Cavid Cəlilov, AVAR hakimi isə Kərim Zeynalov olacaq. Hakim-inspektor vəzifəsi Ceyhun Haşımova həvalə edilib. AFFA nümayəndəsi Anar Şıxəliyev olacaq.

İdman.Biz
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью