Icma.az, Idman.biz portalına istinadən məlumatı açıqlayır.
Bu gün futbol üzrə Misli Premyer Liqasının yeddinci turu çərçivəsində ikinci qarşılaşma “SOCAR Polymer Arena”da keçiriləcək.
İdman.Biz xəbər verir ki, “Sumqayıt” “Qəbələ”ni qəbul edəcək.
Oyun saat 19:30-da başlayacaq. “Sumqayıt” iki xalla turnir cədvəlinin 11-ci pilləsində yer alıb. Dörd xala malik “Qəbələ” isə doqquzuncudur.
Misli Premyer Liqası
Birinci dövrə, Yeddinci tur
10 oktyabr
19:30. “Sumqayıt” - “Qəbələ”
Hakimlər: Kamranbəy Rəhimov, Cəmil Quliyev, Kərim Zeynalov, Mahmud Bağırzadə
VAR: Əliyar Ağayev
AVAR: Zeynal Zeynalov
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Anar Şixəliyev
“SOCAR Polymer Arena”
Qeyd edək ki, turun ötən gün baş tutan matçlarında “Kəpəz” “Araz-Naxçıvan”ı (2:0) məğlub edib. “Neftçi” - “Sabah” matçı isə qolsuz bərabərliklə başa çatıb. Tura oktyabrın 11-də yekun vurulacaq.