Azərbaycan Premyer Liqası: XV tura iki görüşlə start veriləcək

29.11.2024

Icma.az bildirir, Oxu.az portalına istinadən.

Bu gün Azərbaycan Premyer Liqasında XV tura iki görüşlə start veriləcək.

Oxu.Az xəbər verir ki, ilk oyun günündə "Araz-Naxçıvan" "Turan Tovuz"u saat 16:00-da, "Sabah" isə "Səbail"i saat 19:00-da qəbul edəcək.

Xatırladaq ki, turun digər görüşlərində "Şamaxı" "Kəpəz"lə, "Zirə" "Sumqayıt"la noyabr ayının 30-da, "Neftçi" isə "Qarabağ"la dekabr ayının 1-də qarşılaşacaq.

Qeyd edək ki, tura dekabr ayının 1-də yekun vurulacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью