Azərbaycan Premyer Liqası: “Zirə” ilk turda “Şəfa”nı məğlub edib

16.08.2026

Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bakı, 16 avqust, AZƏRTAC

Futbol üzrə Azərbaycan Premyer Liqasında ilk turun daha bir oyunu keçirilib.

AZƏRTAC xəbər verir ki, “Zirə” öz meydanında çempionatın debütantı “Şəfa”nı qəbul edib. Görüş ev sahibi komandanın 2:0 hesablı qələbəsi ilə başa çatıb.

“Zirə”nin heyətində qolları Eren Aydın və İssa Cibrila vurublar.

Qeyd edək ki, turun əvvəlki oyunlarında "Turan Tovuz" "Qəbələ"ni, 1:0, "Sabah" "Kəpəz"i 2:0, “Neftçi” “Sumqayıt”ı 3:1 hesabı ilə məğlub edib, "Araz-Naxçıvan" - "İmişli" matçında isə qalib müəyyənləşməyib - 0:0. Tura avqustun 17-də keçiriləcək "Qarabağ" - "Şamaxı" matçı ilə yekun vurulacaq.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью