Azərbaycan Premyer Liqası: “Zirə” “Karvan Yevlax”a qarşı

14.02.2026

Icma.az, Idman.biz portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bu gün Misli Premyer Liqasında 20-ci turun ikinci oyununda “Zirə” “Karvan-Yevlax”ı qəbul edəcək.

İdman.Biz xəbər verir ki, saat 17:00-da start götürəcək turun mərkəzi qarşılaşmasını Kamranbəy Rəhimov idarə edəcək.

Turnir cədvəlində “Zirə” 32 xalla dördüncü, “Karvan-Yevlax” isə 6 xalla on ikinci yerdədir.

Misli Premyer Liqası
İkinci dövrə, 20-ci tur
14 fevral
17:00. “Zirə” - “Karvan-Yevlax”

Hakimlər: Kamranbəy Rəhimov, Akif Əmirəli, Mirnihat Seyidov, Əkbər Əhmədov
VAR: Fərid Hacıyev
AVAR: Rəhman İmami
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Asif Əliyev
Zirə İdman Kompleksinin stadionu

Qeyd edək ki, 20-ci tura fevralın 16-sı yekun vurulacaq.

İdman.Biz
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью