Azərbaycan Premyer Liqasında qəribə olay Video

21.11.2025

Qol.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan Premyer Liqasında qəribə olay - Video

Misli Premyer Liqasının 12-ci turunda hazırda keçirilən “Karvan-Yevlax” - "Kəpəz" matçında xoşagəlməz hal yaşanıb.

QOL.az xəbər verir ki, oyunun 28-ci dəqiqəsində meydan sahiblərinin baş məşqçisi Azər Həşimov müdafiəçi Vüsal Məsimovu Əli Abdullayevlə əvəz etmək istəyib.

Ancaq Məsimov meydandan çıxmayıb. Hətta komanda yoldaşlarının da onu meydanı tərk etməyə razı sala bilməyib. Nəticədə əvəzetmə baş tutmayıb və Vüsal matça davam edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью