Icma.az bildirir, Mia.az portalına istinadən. Oktyabrın 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qazaxıstan Respublikasın
Mia.az xəbər verir ki, əvvəlcə Qazaxıstan Prezidenti bəyanatla çıxış etdi.
Prezident Kasım-Jomart Tokayevin bəyanatı -Hörmətli İlham Heydər oğlu. Hörmətli xanımlar və cənablar.
Əvvəlcə hörmətli Prezident İlham Heydər oğlu Əliyevə dövlət səfəri dəvətimi qəbul etdiyinə və Qazaxıstana gəldiyinə görə səmimi minnətdarlığımı bildirirəm.
Mən bu səfərə xüsusi əhəmiyyət verirəm. Qardaş Azərbaycan xalqının liderini, görkəmli dövlət xadimi Prezident İlham Əliyevi qazax torpağında
Ölkələrimiz ümumi köklərə və tarixə malikdir. Azərbaycan Qazaxıstanın mühüm etibarlı strateji tərəfdaşıdır.
Bu gün münasibətlərimiz sabit inkişaf edir. Dövlətlərarası əlaqələrimizin möhkəmlənməsinə xüsusi diqqət yetiririk.
Xalqlarımız arasında dostluğun gələcəkdə də hərtərəfli möhkəmlənməsi və müxtəlif sahələrdə əməkdaşlığa yeni təkan verilməsi əsas məqsəddir.