Azərbaycan Prezidenti dünya ölkələrinə çağırış etdi Yeni Çağ Media

13.11.2024

Yenicag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

COP29-a ev sahibliyi edən ölkə olaraq, Azərbaycanın inkişaf edən kiçik ada ölkələri ilə əməkdaşlığı daha yüksək səviyyəyə qalxıb. Onların səsi bu gün qlobal səhnədə eşidilməlidir.

Yenicag.az xəbər verir ki, bu fikri Prezident İlham Əliyev COP29 çərçivəsində noyabrın 13-də keçirilən İnkişaf etməkdə olan kiçik ada dövlətlərinin (SIDS) Sammitində çıxışı zamanı səsləndirib.

“Mən inkişaf etmiş ölkələrə, xüsusən də müstəmləkə keçmişi olan ölkələrə kiçik ada ölkələrinə yardım etmələri üçün müraciət edirəm”, – deyə dövlət başçısı bildirib.

www.yenicag.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью