Azərbaycan Prezidenti İlham Əliyev Çinə işgüzar səfərə gəlib

30.08.2025

Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.

Tiencin, 30 avqust, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Çin Xalq Respublikasının Sədri Si Cinpinin dəvəti ilə avqustun 30-da bu ölkəyə işgüzar səfərə gəlib.

AZƏRTAC xəbər verir ki, Tiencin şəhərinin Binxay Beynəlxalq Hava Limanında dövlətimizin başçısının şərəfinə fəxri qavorul dəstəsi düzülmüşdü.

Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı Çin Xalq Respublikasının Sənaye və informasiya texnologiyaları naziri Li Leçen və digər rəsmi şəxslər qarşıladılar.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью