Azərbaycan Prezidenti İlham Əliyev Çinin Sinxua agentliyinə müsahibə verib | Icma.az
Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Bakı, 21 aprel, AZƏRTAC Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Çinin Sinxua agentliyinə məxsusi müsahibə verib.
AZƏRTAC müsahibəni təqdim edir: -Hörmətli cənab Prezident, xatırlayırıq ki, ötən ilin iyulunda ŞƏT-in Astanada keçirilən 24-cü sammitində Siz və ÇXR-in Sədri Si Cinpin strateji tərəfdaşlığın qurulmasına dair Birgə Bəyannamə imzaladınız.
Bu sənəddə qarşılıqlı hörmət, bərabər səviyyədə etimad, bir-birinə dəstək və əməkdaşlıq prinsiplərinə əsaslanan strateji tərəfdaşlığın qurulmasını bəyan etdiniz.
Bu, iki ölkə arasında münasibətlərin tarixində mühüm mərhələdir.
Sizin fikrinizcə, Çin ilə Azərbaycan arasında münasibətlərin inkişafında hansı mühüm nəticələr əldə olunub və bunu necə qiymətləndirirsiniz?
- Haqlısınız, ötən il iyulun 3-də Astanada keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının sammiti çərçivəsində “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə” qəbul olundu.
Bəyannamədə xüsusi olaraq qeyd edildi ki, 1992-ci il aprelin 2-də diplomatik münasibətlərin qurulduğu andan sonra ikitərəfli əməkdaşlığımız bir çox səmərəli nəticə verib.
Tam oxu
Xəbəri oxu