Azərbaycan Prezidenti: İndi dünyada bütün insanlar görürlər ki, beynəlxalq hüquq anlayışı …
Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır. “İlham Əliyev.
İnkişaf - məqsədimizdir” çoxcildliyinin 140-cı kitabı çapdan çıxıb Bakı, 7 dekabr, AZƏRTAC“Bir nömrəli vəzifə hərbi gücümüzün artırılmasıdır.
Baxmayaraq ki, İkinci Qarabağ müharibəsi və antiterror əməliyyatı arxada qaldı, həm dünyada gedən proseslər, yeni münaqişə, müharibə ocaqlarının yaradılması və ətrafımızda gərginliyin artması, həm də eyni zamanda, Ermənistanda revanşizm meyilləri bizi bu sahəyə daim diqqət göstərməyə vadar edir.
Hərbi gücümüz olmasa, biz heç bir müstəvidə - nə iqtisadi, nə siyasi müstəvidə uğur qazana bilmərik.
Hesab edirəm ki, müstəqil Azərbaycanın tarixi, o cümlədən 30 illik işğal bunu əyani şəkildə göstərir.
Bizim hərbi imkanımız, gücümüz olmasaydı, heç vaxt torpaqlarımızı işğalçılardan azad edə bilməzdik.
İndi dünyada nəinki siyasətlə məşğul olanlar, hesab edirəm ki, bütün insanlar görürlər ki, beynəlxalq hüquq anlayışı tamamilə sarsılıb.
İkinci Dünya müharibəsindən sonra formalaşmış təhlükəsizlik arxitekturası artıq mövcud deyil, “Kim güclüdür, o da haqlıdır” prinsipi üstünlük təşkil edir və bəzi böyük dövlətlər bunu heç gizlətmirlər”.
Tam oxu
Xəbəri oxu