Azərbaycan Prezidenti: Orta Dəhliz boyunca yerləşən ölkələrlə çoxtərəfli əməkdaşlıq inkişaf etdirilir

13.07.2026

Icma.az bildirir, Baku.ws portalına istinadən.

O ki qaldı yüklərə və Orta Dəhlizin inkişafına, Çindən Azərbaycana və əks istiqamətdə həcmlər artır. Biz dəniz limanının imkanlarını demək olar iki dəfə artırırıq.

BAKU.WS AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında söyləyib.

Dövlətimizin başçısı qeyd edib: "Həmçinin Çindən daşınan yüklərin həcmini artırırıq və Mərkəzi Asiya ölkələri də bu prosesə qoşulub. Bir sözlə, qarşılıqlı münasibətlərin çox yaxşı tarixi var. Orta Dəhliz boyunca yerləşən ölkələrlə çoxtərəfli əməkdaşlıq inkişaf etdirilir".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью