Azərbaycan Prezidenti Qarabağ ı təbrik etdi, hakim ədalətsizliyini qınadı

22.01.2026

Icma.az, Fanat portalına istinadən məlumat verir.

Azərbaycan Prezidenti İlham Əliyev "Qarabağ"ın UEFA Çempionlar Liqasında "Ayntraxt" üzərindəki qələbəsindən (3:2) sonra paylaşım edib.

Fanat.Az xəbər verir ki, paylaşımda “Qarabağ”ı təbrik edən dövlət başçısı matçın baş hakimi barədə irad bildirib:

“Çempionlar Liqasının əsas mərhələsində "Ayntraxt" komandası üzərində parlaq qələbə qazanması münasibətilə “Qarabağ” futbol klubunu ürəkdən təbrik edirəm! 

Hakimin ədalətsiz və qərəzli qərarlarına baxmayaraq, haqq-ədalət öz yerini tapdı. Birinci dəfə deyil ki, UEFA tərəfindən təyin edilən hakimlər ədalətsiz və qərəzli qərarları ilə “Qarabağ”ın qələbə yolunu kəsməyə çalışırlar. Ümid edirəm ki, UEFA bu hakimin kimin tərəfindən təyin olunmasına aydınlıq gətirəcək. 

Ədaləti və əyilməz ruhu məğlub etmək mümkün deyil. Yaşasın Qarabağ!”

Abunə Ol

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью