Azərbaycan Prezidenti Qazaxıstana səfər edəcək Tokayev açıqladı

08.09.2025

Icma.az, Mia.az saytına istinadən bildirir.

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Azərbaycan Prezidenti İlham Əliyevin Astanaya səfərinin hazırlandığını bildirib.

Məlumata görə, bunu K.Tokayev Qazaxıstan xalqına müraciəti zamanı deyib(Report).

"İlin sonunda Rusiya və Özbəkistana rəsmi səfərlərim olacaq. Həmçinin Azərbaycan, Ermənistan, Türkmənistan rəhbərlərinin Astanaya səfərləri hazırlanır, bir sıra Asiya, Avropa, Afrika ölkələrinin başçıları ilə görüşlər və danışıqlar planlaşdırılıb", - K.Tokayev bildirib.

Onun sözlərinə görə, cari il əlamətdar tarixlərlə zəngin olub.

MİA.AZ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью