Azərbaycan Prezidenti: “Qərb havadarları Ermənistandan “sülh göyərçini” düzəltmək istəyirlər”

08.11.2024

Icma.az bildirir, Bizim media portalına istinadən.

“İndi bəzi Qərb havadarları Ermənistandan “sülh göyərçini” düzəltmək istəyirlər. Sanki bu 30 illik işğal olmayıb, dağıntılar olmayıb, vəhşilik olmayıb, Xocalı soyqırımı olmayıb”. 
Bizim.Media xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Zəfər Günü münasibətilə xalqa müraciətində səsləndirib.
 

MÖVZU İLƏ BAĞLI:
Prezident Bakıda Zəfər parkının açılışında


“Məscidlərimizin dağıdılması, qəbirlərimizin dağıdılması, bütün Qarabağ, Şərqi Zəngəzurun viran olması sanki olmayıb.
Yəni, bunu unutdurmaq, dünya ictimaiyyətinə unutdurmaq istəyirlər. Amma biz bunu heç vaxt unutmayacağıq və Azərbaycan xalqı heç vaxt bunu unutmamalıdır. Bizdən sonra gələn nəsillər bu tarixi bilməlidirlər və heç vaxt unutmamalıdırlar”, - deyə dövlət başçısı əlavə edib. 
Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью