Azərbaycan Prezidenti: Zəngilan çox önəmli nəqliyyat mərkəzlərindən birinə çevriləcək

28.10.2025

Icma.az bildirir, Azertag portalına istinadən.

Bakı, 28 oktyabr, AZƏRTAC

Bura, bu bölgə (Zəngilan – red.) çox önəmli nəqliyyat mərkəzlərindən birinə çevriləcək. Həm Zəngəzur dəhlizi, həm Araz dəhlizi buradan keçəcək.

AZƏRTAC xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Zəngilanın Məmmədbəyli və Ağalı kəndlərinin sakinləri ilə görüşündə deyib.

Dövlətimizin başçısı qeyd edib: “Ona görə bu rayonun, bu bölgənin çox gözəl gələcəyi olacaq. Necə ki, bütün Qarabağın, Şərqi Zəngəzurun gələcəyi çox parlaq olacaq. Bugünkü reallıq - qurduğumuz şəhərlər və kəndlər bunu göstərir”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью