Icma.az, Oxu.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır. "Bizdən nə danışırlar?" verilişinin yeni buraxılışı yayımlanıb.
Verilişdə bildirilib ki, beynəlxalq tədbir olan COP29 öz işini başa çatdırıb.
Bəşəriyyət üçün son dərəcə böyük əhəmiyyət kəsb edən bu hadisə illər boyu ürəklərdə xoş duyğular yaradacaq.
Bunu xarici mənbələrdə dərc olunan xəbərlərdən də görmək mümkündür.
ABŞ-nin "Foreign Policy Association" nəşrində tanınmış politoloq və jurnalist Reyçel Avraham baş qərargahı Nyu-Yorkda yerləşən Xarici Siyasət Assosiasiyasının xəbər saytında dərc olunmuş "Müstəmləkə bölgələr üçün iqlim ədaləti vacib şərtdir" başlıqlı məqalədə Fransa və digər Avropa dövlətlərinin müstəmləkə istismarının ekoloji fəsadlarından yazıb.
Müəllif vaxtilə müharibə şəraitindən çıxmış Qarabağ bölgəsinə səfər edərkən erməni işğalçılarının bölgədə necə ciddi ekoloji böhran yaratdığının şahidi olduğuna diqqət çəkib.
Çirklənmiş, balıqsız çayları, kökündən qoparılmış ağacları, yandırılmış əkin sahələrini, minalarla əhatə olunmuş, dağıdılmış minlərlə evləri və çuxurlarla dolu torpaq yollarını gördüyünü yazıb.
Məqalənin sonunda müəllif diqqətçəkən açıqlama verib: "Həqiqətən də, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə erməni köçkün müstəmləkəçiliyi tarixin zibilliyinə atılıb.