Azərbaycan Prezidentinin iqlim üzrə nümayəndəsi AIF2025 də iştirak edəcək

19.05.2025

Icma.az bildirir, Sia Az portalına istinadən.

Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev 29-30 may tarixlərində “Ağılları birləşdirərək gələcəyin formalaşdırılması” mövzusunda Astana Beynəlxalq Forumunda (Astana International Forum, AIF2025) iştirak edəcək. Bu barədə SİA-ya Azərbaycanın Astana şəhərindəki səfirliyindən məlumat verilib.

AIF2025-də dünya liderləri, ekspertlər və biznes nümayəndələri bir araya gələcəklər, xüsusilə Ruanda Prezidenti Pol Kaqame, Şimali Makedoniya Prezidenti Qordana Silyanovskaya-Davkova, Xorvatiyanın Baş naziri Andrey Plenkoviçin iştirakı gözlənilir.

Tədbirin Təşkilat Komitəsinin məlumatına görə, forumda əsas diqqət dörd tematik sahəyə yönəldiləcək: "Xarici siyasət və təhlükəsizlik", "Beynəlxalq inkişaf və dayanıqlılıq", "Energetika və iqlim", "İqtisadiyyat və maliyyə".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью