Azərbaycan Prezidentinin nəvələri Messi və yoldaşları ilə görüşdülər

11.12.2024

Sportal.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Prezident İlham Əliyevin nəvələri Əli və Mikayıl Ağalarov Bakıda səfərdə olan ABŞ-nin “İnter Mayami” klubunun futbolçuları - Lionel Messi, Luis Suares, Serxio Buskets və Jordi Alba ilə görüşüblər.

Sportal.az xəbər verir ki, iş adamı Emin Ağalarovun övladları bu barədə sosial şəbəkə hesablarında paylaşım ediblər.

Ağalarovlar qonaqları "Azərbaycana xoş gəlmisiz" paylaşımı ilə qarşılayıblar.

Qeyd edək ki, Messi, Suares, Buskets və Alba bu gün Bakı Kristal Zalında baş tutacaq musiqili-əyləncəli görüşdə iştirak edəcəklər.

saytlarin hazirlanmasi
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью