Azərbaycan qadınlarının adı hesabatda

09.06.2026

Cebheinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bərabər Əməkhaqqı üzrə Beynəlxalq Koalisiyanın (EPIC) rəsmi saytında son illər Azərbaycanda əmək qanunvericiliyinin beynəlxalq standartlara uyğun şəkildə təkmilləşdirilməsi, əmək münasibətlərində gender bərabərliyinin dolğun təminatı üçün aparılan islahatlara dair məlumat dərc edilib.

"Cebheinfo.az" xəbər verir ki, məlumatda cinsindən asılı olmayaraq, eyni və ya bərabər dəyərli müxtəlif işi yerinə yetirən işçilərə bərabər əməkhaqqı ödənilməsi ilə bağlı son vaxtlar milli qanunvericilikdə edilmiş dəyişiklik xüsusi vurğulanır. 

Bu addımın gender əsaslı bərabərsizliklərin azaldılmasına töhfə verməklə yanaşı, həm də inklüziv iqtisadi artımı dəstəklədiyi, ədalətli və şəffaf əməkhaqqı təyin edilməsi təcrübəsini təşviq etdiyi qeyd olunur.

Eyni zamanda, qadınların əmək bazarında iştirakının dəstəklənməsi, onların məşğulluq imkanlarının artırılması üçün son illər ölkəmizdə görülən işlər yüksək qiymətləndirilir. Qadın əməyi ilə bağlı qanunvericilik islahatları nəticəsində Azərbaycanın Dünya Bankının “Qadın, Biznes və Hüquq” üzrə 2024-cü il hesabat-reytinqdə öz indeksini 78,8-dən 85-ə yüksəltdiyi bildirilir. 

Qeyd edilir ki, Dünya Bankının 2026-cı il üzrə hesabat-reytinqində də ölkənin bu islahatlarının gender əsaslı ayrı-seçkiliyin aradan qaldırılması sahəsində ən yaxşı təcrübələrdən biri olduğu əksini tapıb.

Beynəlxalq Əmək Təşkilatı və BMT-nin Qadınlar Təşkilatı və İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının rəhbərlik etdiyi, Azərbaycan  da daxil olmaqla 80-dək ölkənin üzv olduğu EPIC qadınlar və kişilər arasında bərabər əməkhaqqı ödənişi prinsipini qlobal səviyyədə təbliğ və təşviq edir, bu sahədə hökumətlərə və müvafiq təşkilatlara ekspertiza dəstəyi göstərir.

https://www.equalpayinternationalcoalition.org/en/whats_new/azerbaijan-advances-equal-pay-through-landmark-labour-law-reforms

Gülər 
"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью