Sia Az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
"Mediada yayımlanan məlumatlar insanların ürəyinə, düşüncəsinə çatmaq gücünə malikdir".
Bu sözləri SİA-ya açıqlamasında məhşur fotoqraf Reaz Deqati deyib.
Onun sözlərinə görə, zaman-zaman böyük çətinliklər yaşanıb, sarsıntılı dövrlər, dağılmış dövlətlər olub.
Amma təsəvvür edin, dünyanın 140 nöqtəsindən, 50-dən çox ölkədən insanlar buraya gəlsə və gördüklərinin şahidi olsalar – bütün stereotiplərin əksinə olaraq – məncə anlayacaqlar ki, onların öz ölkələrində bu reallıqlara nə qədər insan inanır, izləyir və təsirlənir: "Çünki Azərbaycan Qarabağ məsələsində haqq savaşını qazanıb, lakin dünya həqiqətləri görmək istəmir.
Bugünkü informasiya gurultusu – yəni səs-küy – əslində bir növ müharibədir.
Və Qlobal Media Forumu kimi platformaların əsas missiyası da bu informasiya savaşında həqiqətləri üzə çıxarmaqdır.
Bu artıq Azərbaycanın gələcək strategiyasının mühüm bir hissəsinə çevrilməlidir. Azərbaycan informasiya müharibəsinə əvvəlcədən hazır idi.