Azərbaycan qarşılıqlı hörmət və maraq əsasında çox güclü əlaqələr qurub | Icma.az
Icma.az, Yeniazerbaycan portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Fəxrəddin Vəliyev, YAP Şəmkir rayon təşkilatının sədri Aprelin 9-da ADA Universitetində keçirilən yeddinci beynəlxalq forumda səsləndirilən çağırışlar bu gün də ölkə və dünya mətbuatında geniş müzakirə olunmaqdadır.
Prezident İlham Əliyev həm forumdakı çıxışında, həm də ünvanlanan suallara cavabında hazırda regionda və dünya siyasətində baş verən dəyişikliklərdən, Azərbaycanın möhkəmlənən mövqeyindən geniş bəhs edərək bu reallığı xüsusi qeyd etdi ki, Azərbaycan qarşılıqlı hörmət və maraq əsasında çox güclü əlaqələr qurub.
Forum iştirakçılarının işğaldan azad olunmuş ərazilərə səfərləri artıq ənənə halını alıb.
Builki forumda iştirakçılar Xankəndi şəhərində oldular. Dövlət başçısı İlham Əliyev çıxışında bu mühüm addımın əhəmiyyətini xüsusi qeyd etdi
Siz nələrin baş verdiklərinin şahidi olmusunuz. Hesab edirəm ki, bu gün Azərbaycanın reallığını rayonlara səfər ən yaxşı nümayiş etdirir.
Xüsusilə dağıdılmış və ermənilərin işğal etdiyi rayonları nəzərdə tuturam.
Əminəm ki, dünənki və bugünkü müzakirələr və ekspertlər arasında qarşılıqlı əlaqələr birgə yanaşmaları hazırlamağa və keçən dəfə, ötən il görüşdüyümüzdən bəri tamamilə fərqli olan sürətlə dəyişən dünya ilə bağlı fikirlərimizin mübadiləsinə kömək edəcək”.
Tam oxu
Xəbəri oxu