Icma.az, Sfera.az portalına istinadən məlumat yayır. "Azərbaycanda qastronomiya sahəsində görülən çoxşaxəli işlər təkcə milli mətbəxin təbli
Sfera.az xəbər verir ki, bunu Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə “Azərbaycan qastroturizm perspektivləri” mövzusunda keçirilən br
Peşəkar təlimlər və praktiki seminarlar vasitəsilə yerli kulinariya mütəxəssislərinin bacarıqlarının inkişafına dəstək verilib.
Bununla yanaşı, qastronomiya sahəsində korporativ əməkdaşlıqlar genişləndirilib.
Müxtəlif qurum və təşkilatlarla birgə həyata keçirilən layihələr ölkə daxilində bu sahəyə marağı daha da artırıb”.
Onun sözlərinə görə, Azərbaycanın qastronomiya destinasiyası kimi beynəlxalq aləmdə tanıdılması məqsədilə bir sıra tədbirlər görülüb: “Bu təşəbbüslər yalnız əcnəbi turistləri deyil, həm də yerli vətəndaşları milli mətbəxin zənginliyi ilə daha yaxından tanış etməyə yönəlib.
Qastronomiya sahəsində tədqiqat işlərinə də xüsusi önəm verilir.
Azərbaycanın kulinariya ənənələrinin sistemləşdirilməsi, arxivləşdirilməsi və elmi əsaslarla təhlili istiqamətində araşdırmalar aparılır.